“Qarabağ” seçki blokunun namizədlər siyahısına əlavə və dəyişikliklər edilib
Blokun seçki qərargahının rəhbəri, ADP sədrinin müavini Taliyət Əliyev APA-ya bildirib ki, Vahid Azərbaycan Partiyasının (VAP) sədri Kərrar Əbilovun adı ADP-dən “Qarabağ” seçki blokunun siyahısına daxil edilib. K. Əbilov seçkilərdə 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizəd kimi iştirak edəcək.
T. Əliyev digər dəyişiklik barədə danışaraq qeyd edib ki, ADP üzvü Əbdül Məmmədov 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən yox, 5 saylı Şahbuz-Babək seçki dairəsindən parlament seçkilərinə qatılacaq: “ADP üzvlərindən ikisi Şəhla Hacıyeva ilə Cəmil Hacıyev isə seçki dairələrini dəyişiblər. Belə ki, Şəhla Hacıyeva 20 saylı Nərimanov ikinci, Cəmil Hacıyev isə 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən seçkilərində iştirak edəcək”.
Onun sözlərinə görə, bu gün blokun işçi qrupunun keçirdiyi toplantıda sentyabrın 10-na kimi namizədlərlə bağlı bütün məsələlərin yekunlaşdırılması qərara alınıb.

Oxşar yazılar

Azərbaycan ərazisinə keçən iki erməni ölkəsinə qaytarıldı
6 iyun 2025 , 22:27
Pezeşkian İlham Əliyevə zəng etdi
4 iyun 2025 , 22:07
Suriyadan Azərbaycana daha 13 nəfər gətirildi
4 iyun 2025 , 17:08
"Hörümçək toru" əməliyyatından sonra Kreml nəyi gizlədir? – Detallar AÇIQLANIR
4 iyun 2025 , 12:34
Jurnalistlərin şəhid olmasından 4 il ötür
4 iyun 2025 , 10:33
Paşinyanın İrəvandakı mənzili 110 min dollara satıldı
4 iyun 2025 , 10:30
Azərbaycan və Ermənistan tərəfi itkinlərlə bağlı görüş keçirdi
4 iyun 2025 , 10:04