Hüseyn Bağırovun mətbuat konfransında Pənah Hüseyn danışdı!
24 aprel 2009 15:30 (UTC +04:00)

Hüseyn Bağırovun mətbuat konfransında Pənah Hüseyn danışdı!

Nazirin tədbirində olay baş verdi

Bu gün YAP-ın mərkəzi qərargahında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov mətbuat konfransı keçirərkən kuryoz hadisə baş verib. Lent.az-ın məlumatına görə, mətbuat konfransının ortalarında nazirin qarşısına düzülmüş diktofonlardan biri sönüb. Bunu görən YAP-ın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev diktofonu yenidən çalışdırmaq istəyib. Lakin o, “record” düyməsi əvəzinə səhvən “play” düyməsini basıb. Bu isə diktofon kasetində əvvəldən yazılmış müsahibənin səslənməsinə səbəb olub.

Sabiq Baş nazir, millət vəkili Pənah Hüseynin diktofona yazılmış səsi təxminən 30 saniyə ərzində dayanmayıb. Səsin dayanmadığını görən nazir də çıxışına qısa pauza verib. Səs dayandıqdan sonra isə nazir “deyəsən, bu keçmiş Baş nazirin səsiydi” deyərək, çıxışına davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 892

Oxşar yazılar