Türk dünyasından gəlmiş 18 jurnalist Tovuzda olub -
09 noyabr 2012 17:12 (UTC +04:00)

Türk dünyasından gəlmiş 18 jurnalist Tovuzda olub -

“Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycanda səfərdə olan Türk dövlətlərindən və toplumlarından gəlmiş 18 jurnalist millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayevanın müşayiəti ilə öncə Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Əlibəyli və Hacallı kəndinə baş çəkiblər.

Burada qonaqlar Ermənistan tərəfindən iri çaplı silahlarla vurulmuş məktəblə, evlərlə tanış olublar, ermənilərin snayperlərlə hədəfə alaraq yaraladıqları kənd sakinləri ilə görüşüblər, kənd sakinləri ilə söhbət aparıblar. Millət vəkili Qənirə Paşayeva və kənd sakinləri Ermənistan Silahlı Qüvvələrinin mütəmadi şəkildə atəşkəsi pozaraq sivil insanları xüsusilə qadınları, uşaqları, yaşlıları, öz həyətində, əkin sahəsində işləyən insanları snayperlərlə hədəfə alması kimi vandalizm aktları barədə məlumatlar veriblər və qonaqlar snayperlərin hədəfinə məruz qalan kənd sakinləri ilə söhbət ediblər.

Sonra Tovuz rayonunun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndinə səfər etmiş qonaqlar kəndlə tanış olublar və kənd sakinləri ilə görüşüblər. Millət vəkili Qənirə Paşayeva və kənd sakinləri ermənilərin mütəmadi şəkildə atəşkəsi pozduqlarını, vandalizm aktları barədə qonaqlara geniş məlumatlar veriblər.

Kənd sakinləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva qeyd edib ki, “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycana səfərə gəlmiş gənc yazarlar Azərbaycanın müasir durumu, eləcə də Dağlıq Qarabağ problemi ilə ətraflı tanış olacaq, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatıyla daha yaxından tanış olub bu münaqişənin əsl səbəbi və həqiqətləri barədə yazılar yazacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1853

Oxşar yazılar