
Macarıstanda “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib
Azərbaycanın Macarıstandakı Səfirliyinin təşəbbüsü ilə Budapeştdə “Ağdam: Qafqazın Xirosiması” foto-albomu nəşr edilib. Səfirlikdən Lent.az-a verilən məlumata görə, kitabda erməni vandalları tərəfindən darmadağın edilmiş şəhərin həm işğaldan əvvəlki, həm də indiki təsvirləri yer alıb. Bu təsvirlər erməni silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli cinayətin miqyası haqqında aydın təsəvvür yaradır. Foto-albomda ingilis və macar dillərində Ağdam şəhərinin və böyük hissəsi indi də erməni işğalı altında qalan Ağdam rayonunun tarixi abidələri, mədəni və iqtisadi həyatı barəsində faktlar əsasında məlumat verilib. Macarıstandakı səfirimiz Vilayət Quliyev foto-alboma “Ağdam: Qara taleli ağ şəhər” adlı müqəddimə yazıb. Foto-albom Macarıstanda akkreditə olunan səfirliklər, ölkənin ictimai-siyasi institutları arasında yayılıb, Macarıstanın 200-dən çox kitabxanasına hədiyyə edilib.
Oxşar yazılar

Heydər Əliyev Füzuli və Nəsiminin məzarlarını Azərbaycana gətirmək istəyib – ÖZ DİLİNDƏN ŞOK DETALLAR
27 avqust 2025 , 16:16
ABŞ Zelenskini prezidentlikdən uzaqlaşdırmaq istəyib – Plan niyə pozulub?
27 avqust 2025 , 14:58
İlham Əliyev Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlardan danışdı
27 avqust 2025 , 12:12
İLHAM ƏLİYEV: Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar
27 avqust 2025 , 10:55
İranda dırnaqarası müşavirlərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq - İLHAM ƏLİYEV
27 avqust 2025 , 10:23
"İran layiqli dərsini aldı" - İsrail səfiri ilə MÜSAHİBƏ
26 avqust 2025 , 19:27
Azərbaycanda 26 avqust - Laçın Şəhəri günüdür
26 avqust 2025 , 00:10