Rusiyada oliqarxların yeni birliyinə Polad Bülbüloğlu xeyir-dua verib - ARAŞDIRMA - YENİLƏNİB
Bu günlərdə Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor qurumunun yaradıldığını elan ediblər. Lent.az-ın “Bizim Yol” qəzetinə istinadən məlumatına görə, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan bu təşkilata Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, Rüstəm İbrahimbəyov, iş adamı İsgəndər Xəlilov və başqaları daxildir. Çox maraqlıdır ki, siyahıda Rusiya Dövlət Dumasının üzvü, RF baş nazirinin keçmiş müavini Ramazan Abdulatipovun da adı var.
Yeni qurum sentyabrın 28-də təsis edilib və qeydiyyata da alınıb. ÜATİ-nin artıq mərkəzi ofisi də var. Ofis Moskva şəhərinin mərkəzində, Krasnaya Presnya küçəsi 24, ünvanında yerləşir.
Mərkəzi ofislə bağlı məqamı nahaq yerə xatırlamadıq. Söhbət ondan gedir ki, ÜATİ artıq Rusiyada fəaliyyət göstərən bütün diaspor qurumlarına, regionlardakı irili-xırdalı bütün təşkilatlara ÜATİ-də, onun Koordinasiya Şurasında təmsil olunmaları barədə müraciət ünvanlayıb.
Həmin müraciətdə bundan sonra Rusiyada yaşayan soydaşlarımızın problemlərinin daha effektiv şəkildə həll edilməsi, ortada olan problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərilməsi və digər məqamlar yer alıb.
Heç kimə sirr deyil ki, Rusiyada azərbaycanlıları birləşdirən ən böyük diaspora qurumu Ümumrusiya Azərbaycanlıları Konqresidir.
ÜATİ-da, daha dəqiqi, onun Koordinasiya Şurasında birləşənlərdən bir çoxu isə maraqlıdır ki, ÜAK-ın Rəyasət Heyətində təmsil olunublar. Bu sırada Abbas Abbasovun, Rüstəm İbrahimbəyovun, Telman İsmayılovun, İsgəndər Xəlilovun, Vahid Ələkbərov və b. adını çəkmək olar. ÜAK-da kifayət qədər yüksək ranqda təmsil olunan bu şəxslərin birdən-birə yeni qurum yaradaraq təşkilatdan ayrılması bir qədər qəribə görünür.
Qeyd edək ki, Ümumrusiya Azərbaycanlıları Konqresi 5 mart 2001-ci ildə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və Heydər Əliyevin dəstəyi ilə yaradılıb. Təşkilata həmin vaxtdan bəri akademik Məmməd Əliyev rəhbərlik edir. Yuxarıda adı çəkilənlərdən Natiq Ağamirov hətta bu qurumun baş katibi olub.
Və ən maraqlısı odur ki, Koordinasiya Şurası Məmməd Əliyevin başçılıq etdiyi təşkilatı da bu yeni ittifaqa qoşulmağa çağırıb. Amma ÜAK bu qurumu tanımayıb.
Yeni qurumun Koordinasiya Şurasında təmsil olunanlardan biri, Söyün Sadıxov Lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, əslində Koordinasiya Şurası tipli diaspor qurumunu xeyli əvvəl təsis etmək niyyətində olublar. “Bildiyiniz kimi, Rusiyada iki böyük diaspor qurumu - ÜAK və Federal Milli-Mədəni Muxtariyyat – “Azerros” fəaliyyət göstərir. Rusiyanın bir çox regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında ciddi fikir ayrılıqları var. Bəzən ÜAK-la, digər qurumların sədrləri arasındakı münasibətlər düşmənçilik həddinə kimi gedib çıxır. Bütün bu problemləri, habelə diaspora qurumlarının birgə fəaliyyətini koordinasiya etmək üçün bu təşkilatı yaratdıq. Ağsaqqal kimi isə quruma Azərbaycan baş nazirinin keçmiş birinci müavini, hazırkı iş adamı Abbas Abbasov seçildi. Mən, Vahid Ələkbərov, Natiq Ağamirov, Rüstəm İbrahimbəyov, İsgəndər Xəlilov, Asif Məhərrəmov, Telman İsmayılov Koordinasiya Şurasının üzvü seçildik”.
Sadıxovun dediyinə görə, Koordinasiya Şurasının ilk iclasına ÜAK-ın nümayəndələri də dəvət edilib. Amma ÜAK qurumu tanımayıb və iclasa qatılmayıb. S. Sadıxovun dediyinə görə, o, şəxsən ÜAK-a rəsmi dəvətnamə göndərib. ÜAK-dan yenə etiraz edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da yeni qurumun yaradılmasından xəbəri olub. “O da yeni qurumun diaspor quruculuğu istiqamətində fəaliyyətində bizə uğurlar arzuladı”.
Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katibi Mikayıl Hüseynov isə Lent.az-ın müxbiri ilə söhbətində bildirib ki, ona bu qurumun niyə və hansı məqsədlə təsis edildiyi bəlli deyil: “ÜAK ulu öndərimiz Heydər Əliyevin və Vladimir Putinin səyi nəticəsində yaranıb, Rusiyada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor qurumudur. Yarandığı gündən bəri də öz fəaliyyəti ilə etimadı doğruldub. Müxtəlif layihələr həyata keçirib, diaspora quruculuğunda önəmli addımlar atıb. Bir sözlə, yeni qurumun iddia etdiyi fəaliyyət proqramını ÜAK uğurla həyata keçirib və keçirməkdədir”.
Mikayıl müəllimin dediyinə görə, ÜATİ yarananda onlara heç bir dəvət gəlməyib. “Hətta gəlsə belə iştirak etməyə lüzum görməzdik. Çünki biz ayrıca bir qurumuq və heç bir Koordinasiya Şurasında təmsil olunmaq fikrimiz yoxdur”.
“Yeni yaranan qurumda təmsil olunanların əksəriyyəti ÜAK-ın Rəyasət Heyətini üzvləridir. Buna münasibətiniz necədir?” sualına onun cavabı qısa oldu: “Mən bu suala şərh vermək istəmirəm”.
Bu arada yayılan başqa bir xəbərə görə, Rusiya Erməniləri İttifaqının sədri, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan oktyabrın 23-də Rusiyadakı Azərbaycan icmasının rəhbərliyi ilə görüşəcək. Bu barədə Ara Abramyan ÜEK-in İrəvandakı qurultayındakı çıxışında deyib. Onun sözlərinə görə, bu görüş Ermənistanla Azərbaycan arasındakı münasibətlərdə gərginliyin azalmasına kömək edəcək.
“Biz bütün icmalarla əməkdaşlıq etməliyik və istisna deyil ki, qarşıdakı bu görüş bir sıra problemlərin həllinə kömək edəcək”, - deyə Ara Abramyan bildirib.
Söyün Sadıxov da bizimlə söhbətində belə bir görüşün keçiriləcəyini təsdiqlədi. Onun dediyinə görə, görüş razılaşdırılıb və oktyabrın 23-də baş tutacaq. ÜAK-dan aldığımız məlumata görə isə bu qurum görüşə dəvətli deyil.
Diaspora ilə İş üzrə Dövlət Komitəsi isə yeni qurumun yaradılmasını pisləyib. Komitədən APA-ya daxil olan açıqlamada isə bildirilir ki, bir müddət əvvəl təsis olunduğu barədə açıqlama yaymış Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılması Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən qeyri-məqsədəuyğun bir hal kimi dəyərləndiriliir.
Açıqlamada qeyd olunub ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında ÜmumRusiya Azərbaycan Konqresi (ÜAK) yaradılıb: “Qısa müddət ərzində Rusiya Federasiyasının 67 subyektində 73 regional bölməsi yaradılan ÜmumRusiya Azərbaycan Konqresi Azərbaycanın dünyadakı ən güclü və nüfuzlu diaspor təşkilatlarından biridir”.
ÜAK-ın fəaliyyətinin təqdir olunduğu açıqlamada Diasporla İş üzrə Dövlət Komitəsinin “Rusiyada yaşayan azərbaycanlıların haqlı olaraq ən çox etimad göstərdiyi ictimai təşkilat olduğu halda bu ölkədə yeni bir qurumun yaradılmasını lüzumsuz addım” hesab etdiyi qeyd olunub: “ Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edərək bundan böyük təəssüf hissi keçirir və buna mənfi münasibət bəsləyir”.
Səbuhi Məmmədli

4331