Afrikanın gənc mütəxəssisləri Azərbaycana gələcəklər
Azərbaycanın Misirdəki səfirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər 23-29 sentyabr tarixlərində Azərbaycan Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Afrika İttifaqının rəhbərliyi altında baş tutacaq.
Səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları, Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfərlik heyət iştirak edəcək. Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti ilə tanış olmaq, Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir. Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, “İrəli” İctimai Birliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və “Böyuk İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatında görüşləri nəzərdə tutulub.
Azərbaycan Dövlət Neft Fondunun fəaliyyəti və neftdən gələn gəlirlərin şəffaf və səmərəli idarə edilməsi mexanizmi, ölkəmizin Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə aparıcı rolu Afrika gəncləri tərəfindən xüsusi maraqla qarşılanmış və bu qurumda görüşlərin və ətraflı təqdimatların təşkil olunması xüsusilə xahiş olunub. Azərbaycan 2011-ci ildən etibarən Afrika İttifaqı yanında müşahidəçi statusu əldə edib. O vaxtdan etibarən Azərbaycan ilə Afrika İttifaqı arasında siyasi, elm-təhsil, gənclər və humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi prosesi başlayıb. Afrika İttifaqı ilə inkişaf edən əlaqələrimizin tərkib hissəsi kimi bu səfərdən sonra oktyabr ayında Afrika İttifaqının insan resursları, elm və texnologiyalar üzrə komissarı Jan Pyer Onvehun Ezin Azərbaycana səfər edəcək.

Oxşar yazılar

Ramzan Kadırov düşmənlərinə SƏSLƏNDİ: “Mən sağlamam”
5 avqust 2025 , 21:22
Bəxtiyar Paşaya general-polkovnik rütbəsi verildi
5 avqust 2025 , 17:55
Əli Əsədov BMT-nin konfransında iştirak edir-Azərbaycan dilində çıxış edəcək
5 avqust 2025 , 10:09
Ermənistanın hücumları nəticəsində əsirlikdə saxlanılmış şəxslər ifadə verdilər
4 avqust 2025 , 21:21
Azərbaycanda İran əsilli məhbuslarla pis rəftar edilməsi iddialarının heç bir əsası yoxdur - RƏSMİ
4 avqust 2025 , 18:22
Putinin nikahdankənar qızı sükutu pozdu: həyatımı məhv edən adam
4 avqust 2025 , 16:47
Rusiya azərbaycanlılara qarşı SAVAŞ AÇDI: vergi yoxlamaları başladı
4 avqust 2025 , 15:05