Almaniyalı deputat Ramil Səfərovdan danışdı
Almaniyanın keçmiş iqtisadiyyat naziri, Bundestaqın xarici işlər komitəsinin üzvü, Xristian Sosial İttifaqından millət vəkili Maykl Qlos Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası ilə əlaqədar Ermənistan hökumətinin aqressiv mövqeyinə münasibət bildirib.
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, Maykl Qlos qeyd edib ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalının 20-ci ildönümündə Ermənistan hökumətinin və dünyadakı erməni diasporunun Almaniyanın dostu olan Macarıstana qarşı kütləvi çıxışları narahatedici amildir.
“Macarıstanın Ramil Səfərovun ekstradisiyası ilə Dağlıq Qarabağ münaqişəsini alovlandıra biləcəyi iddiaları tamamilə əsassız və həqiqətən qəbuledilməzdir.
Ermənistan irəli baxmaq, münaqişənin həllinin yeni proseslərinə təşəbbüs göstərmək, Dağlıq Qarabağ və ətraf yeddi rayonu Azərbaycana qaytarmaq və qaçqınların səfalətinə son qoymaq əvəzinə həssas olan danışıqlar prosesini təhlükə altına alır.
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaqda davam edir. Həm Almaniyanın, həm də Avropa Birliyinin mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə yalnız sülh yolu ilə müvəffəq olunmalıdır. Odur ki, beynəlxalq hüquqa zidd olan Ramil Səfərovun ekstradisiyası deyil, Ermənistan tərəfindən Azərbaycan Respublikasının ərazisinin hərbi yolla işğalıdır. Bu fikir 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən də təsdiqlənib”.

Oxşar yazılar

Prezidentin ABŞ səfərində bu sənədlər imzalanacaq - SİYAHI
8 avqust 2025 , 02:23
ABŞ-la Azərbaycan Strateji İşçi Qrupu yaradacaq
8 avqust 2025 , 01:08
İlham Əliyev ABŞ Prezidentinin xüsusi elçisi ilə görüşdü - FOTO+VİDEO
8 avqust 2025 , 00:47
SOCAR-la “ExxonMobil” arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb
8 avqust 2025 , 00:46
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığı inkişaf etdirən Anlaşma Memorandumu imzalanacaq - EKSKLÜZİV
8 avqust 2025 , 00:44
Azərbaycan prezidenti ABŞ-da belə qarşılandı - VİDEO
7 avqust 2025 , 15:30
İlham Əliyev ABŞ-da
7 avqust 2025 , 15:05