Zəlzələ stressi ən çox mədə xəstəliklərinin artmasına səbəb olur.
Lent.az xarici KİV-ə istinadən xəbər ki, Episentri Kahramanmaraşda baş verən əsrin fəlakətindən sonra mədə-bağırsaq sistemi xəstəliklərində artım müşahidə olunub.
Qastroenteroloq Prof. Dr. Vedat Göral mədə ağrısı səbəbiylə həkim məsləhətsiz qəbul edilən ağrıkəsicilərlə bağlı xəbərdarlıq edib. Zəlzələlərin yaratdığı stressin bədənimizə təsirlərini qiymətləndirən Vedat Göral bunları deyib:
"Zəlzələnin yaratdığı stress, qorxu və panika mədə-bağırsaqlarda narahatlıq yaradır. Mədədə yanma və ağrı şikayətlərində böyük artım var".
Zəlzələ nəticəsində yaranan stressi azaltmaq, stress səbəbiylə bədəndəki oynaq və əzələ ağrılarını aradan qaldırmaq üçün istifadə edilən ağrıkəsicilərin mədə və bağırsaqlarda xora, qanaxmalara səbəb ola bilər. Prof.Dr. Göral ağrıkəsicilərin həkim məsləhətsiz qəbul edilməməsi lazım olduğunu vurğulayıb.
Prof. Dr. Göral "Zəlzələdən əvvəl bağırsaq xəstəlikləri olan insanların şikayətlərində artım ola bilər. Zəlzələ qorxusu davamlı qarın ağrısı, qarında qaz və şişkinlik yaradır. Mədə bədənimizdəki ən həssas orqanlardan biridir. Ona görə də mənfi hallar mədəyə təsir edir. Günəş altında soyuğa məruz qalma, hipotermiya və qeyri-kafi qidalanma da bu insanlarda qaz, şişkinlik və tualet vərdişlərinin dəyişməsinə səbəb ola bilər".