Yaşlı insanlar üçün  ən faydalı   QƏLYANALTI
20 fevral 2023 09:09 (UTC +04:00)

Yaşlı insanlar üçün ən faydalı QƏLYANALTI

Dietoloq Mixail Qinzburq müsli (məşhur səhər yeməyində yeyilən dənli bitkilərdən hazırlanmış yeməkdir-red.) ilə fermentləşdirilmiş süd içkisini yaşlılar üçün ən faydalı qəlyanaltı adlandırıb.

“Bu qəlyanaltıda alma yemək də çox yaxşıdır. Tərəvəz, bir növ tərəvəz salatı və ya tərəvəz kəsimi ola bilər. Bərk çörək, taxıl çörəyi, kəpəkli çörək də”, - Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssis əlavə edib.

Dietoloqun sözlərinə görə, belə qəlyanaltı orqanizmə lazım olan hər şeyi, o cümlədən pəhriz lifi, vitaminlər, həmçinin probiotiklər və kompleks karbohidratları ehtiva edir.

Həkim bildirib ki, belə qidalanma orqanizmi ateroskleroz, arterial hipertoniya, şəkərli diabet, yoğun bağırsaq və düz bağırsağın xərçəngi kimi yaşla bağlı pisləşən xəstəliklərdən qoruya bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2007
avatar

Oxşar yazılar