Xəstəliklərdən uzaq olmaq üçün yuxu cədvəli qurmalısınız- SƏBƏB
21 fevral 2023 17:19 (UTC +04:00)

Xəstəliklərdən uzaq olmaq üçün yuxu cədvəli qurmalısınız- SƏBƏB

Nahar vaxtı və ya işdən sonra yatmaq vərdişindən imtina etməlisiniz.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə psixiatr Maks Pemberton açıqlama verib.  

Pemberton, gün ərzində çox yatıb və yataqda uzun zaman keçirən insanların ateroskleroz riskinin əhəmiyyətli dərəcədə artdığını bildirib. Bu patologiyaya görə damarlar daralır, daxili orqanlara qan tədarükü pozulur, nəticədə insult, infarkt və ya qan laxtalanmasına yol açır.

Həmçinin, psixiatrın fikrincə, qeyri-sabit yuxu hipertoniya, diabet, ürək xəstəlikləri və əhval-ruhiyyənin pisləşməsinə səbəb ola bilər, buna görə də mümkün qədər yuxu rejimi qurmaq vacibdir.

Gecə istirahətinin keyfiyyətini yaxşılaşdırmaq üçün Pemberton ilk növbədə yatmazdan əvvəl cədvəl yaratmağı və yuxunun nə vaxt gəlməsindən asılı olmayaraq ona ciddi riayət etməyi tövsiyə edib. Məsələn, yatmazdan iki saat əvvəl işlərinizi bitirib istirahət etməlisiniz: e-poçtu yoxlamağı dayandırın, qadcetlərdən və telefondan uzaq durun, kitab oxuyun və ya vanna qəbul edin.

Psixiatr vurğulayıb ki, beynin yatmaq istəyi ilə əlaqələndirəcəyi vərdişləri inkişaf etdirmək lazımdır.

Pemberton qeyd edib ki, yatıb eyni vaxtda qalxmağı öyrənmək və işdən sonra yatmaq istəyinə təslim olmamaq vacibdir, çünki bu, rejimin pozulmasına kömək edir. Bundan əlavə, həkim sinir sistemini həyəcanlandıran hər hansı qida və içkilərdən uzaq durmağı tövsiyə edib. Xüsusilə, günortadan sonra kofe içməməli, gecə şokolad yeməməli və yatmazdan iki saat əvvəl spirt içməməlisiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1995
avatar

Fidan İlqar

Oxşar yazılar