Xərçəngdən qorunmağın YEGANƏ YOLU
24 may 2024 19:07 (UTC +04:00)

Xərçəngdən qorunmağın YEGANƏ YOLU

Alimlər xərçəngdən qorunmağın yeganə yolunu açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, təhlükə əlamətlərini əvvəlcədən bilsəniz və müvafiq tədbirlər görsəniz, xəstəliyin qarşısını almaq olar.

Xərçəngin erkən aşkarlanması və diaqnozu bu xəstəliyin uğurlu müalicəsinin açarı hesab olunur. Xəstəliyi vaxtında aşkar etmək üçün mütəmadi olaraq müayinələrindən keçmək tövsiyə olunur.

Həkimlər vurğulayırlar ki, xərçəngin aşkarlanmasının yeganə etibarlı üsulu “skrininq”dir. Bu da xəstəliyi simptomlar görünməzdən əvvəl aşkar etməyə imkan verir və müalicəni əhəmiyyətli dərəcədə asanlaşdırır.

Süd vəzi xərçənginin qarşısını almaq üçün qadınlara 40 yaşından başlayaraq mütəmadi olaraq mammoqrafiyadan keçmələri tövsiyə olunur. Diqqət edilməli olan əlamətlər arasında döş düyümləri, döş dərisində dəyişikliklər (qızarıqlıq, qabıqlanma və ya geri çəkilmə kimi), məmə başı axıntısı, döş şəklində və ya ölçüsündə dəyişikliklər və döş ağrısı daxildir.

21-29 yaş arası qadınlara üç ildən bir “Pap” müayinəsindən keçmək tövsiyə olunur. 25 yaşında insan papillomavirusu üçün hər 5 ildən bir test etmək tövsiyə olunur, çünki infeksiya uzun müddət görünməyə bilər.

Uşaqlıq boynu xərçəngini aşkar etmək üçün insan papillomavirusunun DNT testi aparılır ki, bu da Pap testindən ayrı aparıla bilər. Uşaqlıq boynu xərçənginin simptomlarına qeyri-adi vaginal axıntı, cinsi əlaqədən sonra və ya menstruasiya arasında vaginal qanaxma, cinsi əlaqə zamanı ağrı, çanaq nahiyəsində ağrı və pis vaginal qoxu daxildir.

Ağciyər xərçənginin qarşısını almaq üçün aşağı dozalı spiral kompüter tomoqrafiyasından istifadə etməklə skrininq tövsiyə olunur. Risk altında olan insanlara hər il bu müayinədən keçmələri tövsiyə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3090
avatar

Arzu Qurbanlı

Oxşar yazılar