Yaponiyada koronavirusu aşkar edən maska icad edilib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin maska dəvəquşu yumurtasından hazırlanıb. Belə ki, maskadan istifadə edən şəxs virusla təmasda olduğu zaman və yaxud da özündə virus olanda maska parıldamağa başlayır.
Maskanın "COVID-19"a yoluxmuş 32 subyektlə 10 günlük sınaq müddətində virusu müvəffəqiyyətlə aşkar etdiyi açıqlanıb.
Qeyd edək ki, maska gələn ildən hökumətin icazəsi ilə satışa çıxarılacaq.