Uzunömürlülərin  sirri açıldı:   Bu qidaları yeyirlər
28 fevral 2024 19:12 (UTC +04:00)

Uzunömürlülərin sirri açıldı: Bu qidaları yeyirlər

Uzunömürlü şəxslər çox vaxt lobya və fermentləşdirilmiş qidalar yeyirlər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, uzunömürlülük haqqında amerikalı tədqiqatçısı və sağlam qidalanmaya dair kitabların müəllifi Den Buettner danışıb.

O bildirib ki, qida rasionunda fermentləşdirilmiş və müxtəlif bitki qidaları uzunömürlülük əldə etməyə kömək edir. Dan Buettnerin tədqiqatı "Mavi Zonalar" adlanan ərazilərə - uzunömürlü insanların məskunlaşdığı dünyanın bir neçə kiçik bölgəsinə yönəlib. Buettnerin fikrincə, uzunömürlülük əldə etməyin əsas şərti düzgün qidalanmadır.

Bu, rasionda heyvan zülalının nisbətinin məhdudlaşdırılmasını və istehlak edilən paxlalıların, tərəvəzlərin miqdarının artırılmasını nəzərdə tutur. Lobya, mərcimək, noxud zülal və liflə zəngindir - həzm olunmayan pəhriz lifi bağırsaqların işini yaxşılaşdırmağa kömək edir. Bundan əlavə, paxlalı yeməklər hazırlamaq asandır.

Uzun ömür üçün düzgün bəslənmənin digər mühüm prinsipi müxtəliflikdir. Qeyd olunur ki, bəzi ölkələrdə (məsələn, Yaponiya) yüzlərlə növdə göbələk, soğan, lobya, turşu və digər fermentləşdirilmiş qidalar var. Aralıq dənizi regionunda (Fransa, Portuqaliya, İtaliya və İspaniyanın bir hissəsini əhatə edir) həm də fermentləşdirilmiş qidalar olan pendir və qatıq məşhurdur.

Fermentasiya edilmiş qidaları təzə bitki qidaları ilə əvəz etmək bədəni diabet və ürək xəstəliklərindən qoruya bilər. Bundan əlavə, müxtəlif qidalar yemək, insanın ehtiyac duyduğu bütün vitaminləri, mineralları və qida maddələrini alma ehtimalının daha yüksək olması deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3867
avatar

Fidan İlqar

Oxşar yazılar