"Uzunmüddətli koronavirus"un səbəbi  AÇIQLANDI
16 yanvar 2022 15:27 (UTC +04:00)

"Uzunmüddətli koronavirus"un səbəbi AÇIQLANDI

Koronavirusa yoluxmuş xəstənin sağalması hələ o demək deyil ki, onun orqanizmi patogenin öhdəsindən gəlib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bəzən sağalmış xəstələr zəiflik və beyin dumanı ilə ifadə olunan infeksiyanın nəticələrindən həkimlərə şikayət edirlər və nəticədə bu "uzunmüddətli covid" kimi tanınıb.

Pandemiyanın ilk dalğasından bəri həkimlər qeyd edirlər ki, COVID-19 xəstə sağaldıqdan və ya xəstəxanadan çıxdıqdan çox sonra özünü xatırladır.

Bu xəstəliyin əsas əlamətləri zəiflik və "beyin dumanlanması" idi, lakin xəstəliyin inkişafının səbəbi müəyyən edilməyib.

Son araşdırmalarda elm adamları ortaya çıxan qan mikro laxtalarının günahkar ola biləcəyini irəli sürüblər.

Oxşar formasiyalar tez-tez SARS-CoV-2 koronavirusuna yoluxmuş xəstələrin qanında tapılıb.

Ekspertlər qeyd edirlər ki, laxtalanma bədənin hətta dərinin zədələnməsinə reaksiyası kimi əmələ gəlir, lakin normal vəziyyətdə onlar kifayət qədər tez yox olur.

COVID-19 xəstəliyi zamanı əmələ gələn mikro laxtalara gəlincə, onlar yüksək davamlıdır. Onların hətta əlamətsiz COVID-19 vəziyyətində də əmələ gəlməsi mümkündür.

Elm adamları bu cür birləşmələrlə mübarizə üsullarını hələ hazırlaya bilməyiblər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3027
avatar

Oxşar yazılar