Üzdəki dırnaq izlərini, çapıqları necə aradan qaldırmaq olar?
17 mart 2023 14:20 (UTC +04:00)

Üzdəki dırnaq izlərini, çapıqları necə aradan qaldırmaq olar?

Üz nahiyəsində və dərinin müxtəlif tərəflərində olan dırnaq izləri insanları ən çox narahat edən hallardan biridir. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu narahatedici vəziyyəti aradan qaldırmaq üçün müxtəlif üsullar var. 

Xüsusilə təbii üsullar dırnaq izlərindən xilas olmaqda çox təsirlidir. Adətən estetik baxımdan pis görünüşü ilə insanları narahat edən bu vəziyyəti aradan qaldırmaq üçün bəzi praktiki üsullar tətbiq etmək mümkündür.

Amma dəri mütəxəssisi ilə məsləhətləşərək müxtəlif məlhəmlərdən də istifadə etmək olar.

Bəs, üz və dəridəki dırnaq izlərini necə sağaltmaq olar?

Üz üçün tətbiq oluna bilən bəzi bitki mənşəli üsullar var. Bu üsullar qısa müddət ərzində dırnaq izlərinin yox olmasını təmin edəcək.

Zədələnmiş yerə zeytun yağı sürtmək sağalmanı sürətləndirəcək.

Tərkibində E vitamini olan yağlar çapıqların aradan qaldırılmasında çox təsirlidir.

Limonu ikiyə bölüb çapıq nahiyəsinə sürtmək sağalma prosesini sürətləndirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Arzu Qurbanlı

Oxşar yazılar