Mütəxəssislər ürək sağlamlığı üçün bir neçə qidadan imtinanı tövsiyə edib.
Lent.az xəbər verir ki, bu barədə kardioloq Raed Barqut və dietoloq Krutika Nanavati danışıb.
Onların sözlərinə görə, emal olunmuş ətlər, şəkərli içkilər və qızardılmış qidaları həyatınızdan çıxarmalısınız.
“Emal olunmuş yağsız ətlər ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskini artıra bilən qidaların siyahısında birinci yerdədir. Əsasən də “street food”lardan imtina etmək lazımdır. Həmçinin, enerji içkiləri piylənməyə səbəb olan məhsullar arasındadır.
Qızardılmış kartof və toyuq kimi qidalar ürəyiniz üçün çox zərərlidir. Çünki onlar qeyri-sağlam yağlarda bişirilir”, - Barqut bildirib.
Dietoloq Nanavati qeyd edib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkməmək üçün sağlam qidaları seçmək vacibdir. Bu zərərli qidalar əvəzinə təzə meyvə və tərəvəzlərə, yağsız zülallara və taxıllı qidalara üstünlük vermək vacibdir.