Həkim Saymon Trevis udulmuş saqqızın həqiqətən yeddi il mədədə qalıb-qalmadığını açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, körpə və uşaqlar udduqda saqqız onların bağırsaqlarına ilişir.
Onun sözlərinə görə, saqqızı udmaq tövsiyə olunmur, çünki bu, sağlamlığa zərərlidir:
“Amma udulmuş saqqızın 7 il mədədə qalması fikri yanlışdır. Bu sadəcə bir mifdir. Saqqızı udsanız, mədədən, bağırsaqdan keçərək dəyişməz olaraq çölə çıxacaq”.