"Ucuzluğuna" ALDANMAYIN:   Gözlərə  ciddiı zərər   verir
31 may 2024 19:48 (UTC +04:00)

"Ucuzluğuna" ALDANMAYIN: Gözlərə ciddiı zərər verir

Yay ayları yaxınlaşdıqca günəş işığının təsiri daha çox hiss olunur. Günəşdən qorunma ehtiyacının artdığı bu dövrdə günəş eynəyi seçimi böyük əhəmiyyət kəsb edir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssis Ömər Faruk Tabar keyfiyyətsiz eynəklərin zərərlərini qeyd edib.

Onun sözlərinə görə, hansı növ materialdan hazırlandığı və tərkibində hansı kimyəvi maddələr olduğu bilinməyən saxta gün eynəkləri göz sağlamlığına qalıcı ziyan vura bilər:

"Katarakta 60 yaşdan sonra yarandığı halda, gün eynəyi istifadə etməyənlərdə 40-cı illərdə katarakta yarana bilər. Ucuz qiymətə alınmış keyfiyyətsiz şüşə və ya plastikdən hazırlanmış eynəklərdən istifadə etməmək lazımdır. Estetik məqsədlə müxtəlif rəng və ölçülərdə istehsal edilən eynəkləri seçərkən ilk növbədə göz sağlamlığının nəzərə alın. Uyğun gün eynəyi seçilməməsinin uzun vədədə ciddi problemlərə səbəb olur. 

Ozon təbəqəsinin incəlmesi nəticəsində gözlərə zərərli olduğu bilinən ultrabənövşəyi şüalar mənfi təsir göstərir. Eyni zamanda, tünd rəngli eynəklər göz bəbəklərimizin genişlənməsinə səbəb olur. Xüsusən də uzun müddət günəş işığına məruz qalanlar gün eynəyi istifadə etməyi unutmamalıdırlar". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2247
avatar

Fidan İlqar

Oxşar yazılar