İnsanlar arasında “Meymun çiçəyi” infeksiyasına yoluxma halları 92-yə yüksəlib, ölüm yoxdur.
Lent.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST bildirib ki, mayın 21-nə qədər təşkilat 12 ölkədən 92 laboratoriya tərəfindən təsdiqlənmiş “Meymun çiçəyi” hadisəsi haqqında məlumat alıb. ÜST əlavə edib ki, daha 28 hadisə araşdırılır.
"Bu günə qədər bu xəstəliklə bağlı ölüm faktı qeydə alınmayıb", - təşkilatın açıqlamasında bildirilir.