Suyu iki dəfə qaynadıb içmək nələrə səbəb ola bilər?
12 noyabr 2022 09:09 (UTC +04:00)

Suyu iki dəfə qaynadıb içmək nələrə səbəb ola bilər?

Bir çox insan çaydandakı qaynanmış suyu yenidən qaynadıb içir. 

Lent.az-ın məlumatına görə, bir dəfə qaynamış suyu içmək orqanizm üçün təhlükəsiz sayılır. 

Su yenidən qaynadıqda isə onun tərkibindəki komponentlərin tərkibi dəyişilməyə başlayır. Təkrar qaynamış suda nitrat, mışyak və ftorlu birləşmələr əmələ gəlir. Bu minerallar isə orqanizm üçün çox təhlükəli sayılır. Məsələn, təkrar qaynanmış suyun tərkibində əmələ gələn kalsium böyrəklərdə və öd kisəsində toplanır. Təkrar qaynanmış suda əmələ gələn maddələr orqanizmdə aşağıdakılara səbəb olur:

1. Mışyak

Orqanizmdə intoksikasiyanın yaranmasına səbəb olur. Az miqdarda və tədricən orqanizmdə toplanması geridönməz fiziki problemlərin əmələ gəlməsinə səbəb olur.

Mışyak periferik neyropatiyalara, mədə-bağırsaq problemlərinə, dəri xəstəliklərinə, şəkərli diabetə, böyrəklərin fəaliyyətinin pozulmasına, ürək xəstəliklərinə səbəb ola bilir.

2. Nitratlar

Nitratlara təbiətdə hər yerdə rast gəlinir(suda, havada və s.). Onun çox qəbul edilməsi orqanizmə kanserogen təsir göstərir. Nitratlar orqanizmdə leykemiyanın, yoğun bağırsaq, sidik kisəsi, mədə-onikibarmaq bağırsaq, mədəaltı vəzi xərçənginin əmələ gəlməsinə səbəb olir.

3. Ftor

Alimlər ftoru orqanizm üçün təhlükəli hesab edirlər. Çaydanın suyu dəfələrlə qaynadıqda həmin suda ftoridlər əmələ gəlir. Hardvard Universitetinin alimləri son 22 ildir ki, təkrar qaynamış suyun orqanizmə mənfi təsiri barədə araşdırmalar aparırılar. Onların apardıqları araşdırmalardan aşağıdakı nəticə hasil olub.

Ftorid nevroloji sistemə mənfi təsir edir və əqli zəiflik əmələ gətirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2997
avatar

Arzu Qurbanlı

Oxşar yazılar