Şuşada ilk dəfə… - Azərbaycanlı alimdən təklif
01 fevral 2021 14:04 (UTC +04:00)

Şuşada ilk dəfə… - Azərbaycanlı alimdən təklif

“Qafqazda ilk dəfə olaraq insult mərkəzinin məhz Şuşada fəaliyyətə başlaması həm də Qarabağın gözü olan bu şəhərin qısa zamanda daha da inkişafına təkan verəcək.”

Lent.az-a xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Koln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev Qafqazda ilk insult mərkəzinin Şuşada yaradılması ilə əlaqədar təklif irəli sürərkən bildirib.

Nuran Abdullayev bildirib ki, bununla həm də Şuşanın bizim üçün nə qədər önəm kəsb etdiyi nümayiş etdiriləcək.

“Mədəniyyət paytaxtı olan Şuşamız Qafqazda ilk dəfə olaraq müasir standartlara cavab verən tibb mərkəzinə də ev sahibliyi edəcək. Azərbaycanda tibb sahəsində kifayət qədər təcrübəsi və peşəkar kadrlar var. Ona görə də düşünürəm ki, ölkəmizin digər bölgələrində də daha bir neçə insult mərkəzlərinin açılması zəruridir. Çünki elmi olaraq 1 milyonluq əhalinin yaşadığı bölgədə ən azı iki insult mərkəzi yaradılmalıdır".

Azərbaycanlı alim Qarabağa qayıdış planı əsasında bütün infrastrukturun bərpası və yenidənqurulması çərçivəsində işğaldan azad olunmuş ərazilərdə müasir standartlara cavab verən səhiyyə müəssisələrinin də açılmasını məqsədəuyğun hesab edir:

“Artıq uzun illər işğal altında olan torpaqlarımız cənab Prezidentin siyasi iradəsi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində azad olunub. Məlum olduğu kimi, hazırda həmin ərazilərdə kommunikasiyaların bərpası, yeni yol xətlərinin çəkilişi və digər infrastruktur layihələri həyata keçirilir. Beləliklə, 30 ilə yaxın öz dədə-baba yurdlarından, doğma torpaqlarından didərgin düşən məcburi köçkünlər qısa zaman ərzində evlərinə qayıdacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3558
avatar

Oxşar yazılar