Süd məhsulları qəbul edirsiz? – Bunları mütləq bilməlisiz
07 iyun 2021 09:46 (UTC +04:00)

Süd məhsulları qəbul edirsiz? – Bunları mütləq bilməlisiz

Süd məhsullarının faydası çoxdan təsdiq olunmuş bir faktdır. Mədə şirəsinin ifraz olunmasını stimullaşdıran, bağırsaqların fəaliyyəti və maddələr mübadiləsini yaxşılaşdıran, orqanizm tərəfindən çox tez və asan mənimsənilən süd məhsulları insan orqanizminə düşdükdə südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini və hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların (o cümlədən, mədə-bağırsaq və vərəm xəstəlikləri törədən mikrobların) inkişafını dayandırır və ya onları məhv edir.

Lent.az bildirir ki, süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümükləri tərkibinə daxildir. Bundan əlavə, kalsium insanın ürək əzələsinin, gözlərin, sinir sisteminin sağlamlığında böyük rol oynayır.

Digər süd məhsulları ilə müqayisədə, kalsium daha çox miqdarda bərk pendirlərin tərkibində olur. Lakin süd məhsullarının, bəlkə də, ən əsas dəyəri ondan ibarətdir ki, onlar bağırsaq mikroflorasını yaxşılaşdırırlar.

 Pis ekologiya, stresslər, antibiotik və s. dərmanlarının tez-tez qəbul edilməsi, düzgün olmayan qidalanma bağırsaqların mikroflorasına güclü zərbə vurur. Nəticədə orada “yaşayan” xeyirli mikroorqanizmlərin sayı kəskin surətdə azalır və əksinə zərərli mikroorqanizmlərin sayı artır. Bu balans pozulduqda disbakterioz inkişaf edir, nəticədə isə insanın immun sistemi zəifləyir. İmmun sistemin zəiflənməsi isə orqanizmdə müxtəlif xəstəliklərin və pozğunluqların əmələ gəlməsinə səbəb olur.

 Qatıq və yoqurt mədə şirəsinin ifrazını çoxaldır, mədəaltı vəzin fəaliyyətini yaxşılaşdırır. Onlar qəbizlik, kolit, qastrit, qaraciyər və öd yollarının xəstəlikləri, piylənmə, ateroskleroz, hipertoniya, qanazlığı, miokard infarktı zamanı çox xeyirlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar