Stress yalnız insanın ümumi vəziyyətinə deyil, həm də yuxusuna təsir edir.
Lent.az xəbər verir ki, bu barədə “Praym” agentliyinə funksional diaqnostika doktoru Tatyana Surnenkova məlumat verib.
Onun sözlərinə görə, stress yuxuların məzmununa və intensivliyinə təsir göstərir.
O, yuxunu yaxşılaşdırmaq üçün bəzi məsləhətlər verib.
Bildirib ki, tərkibində pendir, ispanaq və toyuq olan ağır yeməklərdən çəkinmək lazımdır.
Bundan əlavə, yatmazdan bir neçə saat əvvəl kofein və nikotini qəbul etməmək tövsiyə olunur.
Həmçinin, yatmazdan əvvəl hər hansı mənfi düşüncələrdən qurtulmağa çalışmalı və sərin duş qəbul etməlisiniz.
Gecənin ortasında oyanırsınızsa, o zaman yenidən yuxuya getmək üçün rahatlamağa və xoş bir şeyi düşünməyə çalışmaq lazımdır.
Metodlardan heç biri istənilən effekti vermirsə, bir mütəxəssislə əlaqə saxlamalısınız.