Soyuqda tez-tez  tualetə   gedirsiniz? - SƏBƏBİ
07 yanvar 2024 18:59 (UTC +04:00)

Soyuqda tez-tez tualetə gedirsiniz? - SƏBƏBİ

Bir çox insanlar üçün qış soyuqluğunun başlanğıcı sidik kisəsini boşaltmaq üçün daha tez-tez ehtiyacla müşayiət olunur. Bəzən bu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, soyuq diurez kimi tanınan bu vəziyyət müəyyən şərtlərdə həyat üçün təhlükə yarada bilər.

Bədən istiliyinin aşağı düşməsi zamanı soyuq diurez meydana gəlir. Bədənin soyuğa təbii reaksiyası istiliyi saxlamaq üçün daxili orqanlara qan göndərməkdir. Nəticədə, yüksək təzyiq altında olan qan, bədəni artıq mayedən təmizləyərək ağır işləməyə başlayan böyrəklərə axır.

“Daimi sidik ifrazı orqanizmdə duzların, mineralların və suyun balansını əhəmiyyətli dərəcədə poza bilər. Bu, məsələn, bədəndə kifayət qədər natrium olmadığı hiponatremi adlı bir vəziyyətə gətirib çıxarır”, - həkim Diana Qall deyir.

Alternativ olaraq, bir xəstədə kifayət qədər kalium olmadıqda hipokalemiya ilə qarşılaşmaq ehtimalı var. Bütün bu hallar (hiponatremi, hiperkalemiya və hipokalemiya) ekstremal şəraitdə həyat üçün təhlükə yarada bilər. Əgər tez-tez sidiyə gedirsinizsə, dehidrasiyadan qaçmaq üçün daha çox maye içməlisiniz (qışda gözə çarpan susuzluq hiss etməsəniz belə).

Bundan əlavə, soyuq havanın başlaması ilə öz pəhrizinizi diqqətlə izləməli və sağlam pəhriz prinsiplərinə əməl etdiyinizə əmin olmalısınız. Sidik ifrazının tezliyinin artması, məsələn, şiddətli titrəmə və ya nəfəs almaqda çətinliklə müşayiət olunarsa, ən qısa müddətdə həkimə müraciət etmək lazımdır.

# 70335
avatar

Fidan İlqar

Oxşar yazılar