Sağlam dəriyə sahib olmaq hər bir qadının arzusudur. Amma soyuqlar düşdükcə, onu qorumaq bir az çətinləşir.
Lent.az qış fəslində dəriyə baxım qaydalarını təqdim edir:
İsti sudan imtina edin
Bəzi insanlar isti suda duş qəbul etməyi sevir. Ancaq araşdırmalar da sübut edib ki, isti su dərini qurudur. Bu, dəridə təbii yağların yox olması ilə nəticələnir. Nəmləndirici kremdən istifadə məqsədəuyğundur.
Üzünüzü kisələməyin
Çimərkən üzünüzü kisələmə ehtiyacınız yarana bilər. Ancaq quru dəriyə sahibsinizsə bu, doğru addım deyil. Dərini sərt formada kisələmək, ovxalamaq qalınlaşmasına səbəb olur. Həssas dəri üçün təmizləyicilərdən istifadə edilməlidir. Üzünüzü tərkibini bilmədiyiniz sabunla da yumaq məsləhət görülmür.
Su için
Bol maye qəbul edin. Orqanizm su ehtiyacını tamamladığı zaman dəri də təbii surətdə qidalanır.