Şokolad və seks   baş ağrısına səbəb olur
24 fevral 2023 11:58 (UTC +04:00)

Şokolad və seks baş ağrısına səbəb olur

Rusiyalı nevroloq Taisiya Baskova baş ağrısının gözlənilməz səbəblərini açıqlayıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, miqrennin ən çox rast gəlinən baş ağrısı olduğunu bildirib:

"Bununla belə, həkimlər bu xəstəliyin üç yüzdən çox növünün olduğunu düşünürlər. Araşdırmalara görə, cinsi əlaqədə olmaq baş ağrısı yaradır. Əgər başınız birdən-birə ağrımağa başlayıbsa, deməli, sizdə hansısa bir xəstəlik yaranıb. Xəstədə dövri baş ağrıları varsa, onda nevroloqa müraciət etməlisiniz. Soyuqdəymə səbəbiylə baş ağrısı bəzi xəstələrdə dondurma yedikdə və ya qış aylarında baş verir.

Tünd şokolad da baş ağrısına səbəb ola bilər. Çünki tünd şokolad kofein maddəsi ilə xüsusilə zəngindir. Çoxlu miqdarda tünd şokolad yedikdən sonra insanda baş ağrısı yarana bilər".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2814
avatar

Oxşar yazılar