Dietoloq Yelena Tixomirova həftədə iki stəkan şərabın qadınlar üçün təhlükəsiz olduğunu açıqlayıb.
Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, həkim bildirib ki, qadınların həftədə iki dəfə, kişilərin isə üç stəkan şərab qəbul etməsi kifayətdir:
“Bir çoxları qırmızı şərabın digər spirtli içkilər kimi zərərli olmadığına inanır. Çünki onun tərkibində ürək damarlarının vəziyyətinə faydalı təsir göstərən resveratrollər və antioksidantlar var. Az miqdarda spirt stressin öhdəsindən gəlməyə kömək edə bilər, lakin icazə verilən dozanı aşmamaq vacibdir”.