Sağlam yuxu rejimi uşaqların öyrənmə qabiliyyətini artırır
08 yanvar 2024 05:04 (UTC +04:00)

Sağlam yuxu rejimi uşaqların öyrənmə qabiliyyətini artırır

Sağlam yuxu rejimi uşaqların öyrənmə bacarıqlarını sürətləndirir.

Lent.az Avstraliyada aparılan araşdırmaya istinadla xəbər verir ki, gündüz yuxusu məktəbəqədər uşaqların öyrənmə prosesinə müsbət təsir edir. Həmin dövrdə sağlam həyat üçün yaxşı yuxu vərdişlərinə yiyələnmək vacib və əhəmiyyətlidir.

Uşaqlarda sağlam yuxu rejimini təmin etmək üçün valideynlərin diqqət yetirməli müəyyən məsələlər mövcuddur. Yuxu həyat üçün əvəzolunmaz və müəyyən müddətdə aktiv, təkrarlanan, fizioloji bir vəziyyət hesab edilir. Gözümüzü yumub yuxuya getdiyimiz bu proses sağlamlığımıza əhəmiyyətli dərəcədə və kifayət qədər müsbət təsir göstərir. Yuxunun böyümə, inkişaf etmə, öyrənmə, yaddaş, davranış və immun sisteminin gücləndirilməsi, orqanizmin özünü yeniləməsi və yeni günə hazırlanması kimi mühüm funksiyaları vardır. Xüsusilə zehni inkişafa əhəmiyyətli təsir edən sağlam yuxunun uşaqlara təsiri vacibdir.

Oxumağı öyrənmək prosesində vacib olan məsələ hərfləri səslərlə uyğunlaşdırmaq bacarığıdır. Yuxu bu bacarığın mənimsənilməsi və yaddaşın gücləndirilməsi üçün əsas amillərdən biridir. Avstraliyada aparılan tədqiqatda, gündüz yuxusunun uşaqlarda hərf-səs uyğunlaşmasına kömək edib-etmədiyi araşdırılıb. 32 məktəbəqədər uşaq üzərində aparılan araşdırmanın nəticəsinə görə, gündüz yuxusundan sonra uşaqlar oyaqlıqdan sonrakı zamanla müqayisədə daha yaxşı hərf-səs öyrənmə performansı göstəriblər. Bu araşdırma, gündüz yuxusunun məktəbəqədər uşaqlar üçün hərf-səs öyrənməkdə faydalı ola biləcəyinə dair ilkin sübutları təqdim edib.

Nəticə olaraq müəyyən saatlarda yatmağın insanın inkişafı üçün zəruri olduğu vurğulanıb.

# 4032
avatar

Oxşar yazılar