Saçlar niyə erkən ağarır? - SƏBƏB
05 may 2021 09:24 (UTC +04:00)

Saçlar niyə erkən ağarır? - SƏBƏB

Qışda papaq qoymaq vaxtından əvvəl saç ağarmasından qoruya bilər.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu həkim-trixoloq Olqa Koxas bildirib. Həkim deyib ki, 40 yaşa qədər olan saç ağarması bir neçə səbəbdən ola bilər. Bunlar irsiyyət, dəmir çatışmazlığı, beynin qan damarlarının davamlı stresə məruz qalmasıdır.

Çox vaxt saçlar 40 yaşdan sonra ağarır, lakin son zamanlarda bu simptomun yaranması da çox "cavanlaşıb". Onun sözlərinə görə, saçlar irsiyyət səbəbiylə rəngini dəyişirsə, yəni bu, genetik səbəblərə görə baş verirsə, təbiidir və yalnız estetik narahatlığa səbəb ola bilər.

Mütəxəssis bildirib ki, tez ağaran saçlar, saçları qidalandıran beyin qan damarlarına təsir edən stres faktorlarından da qaynaqlanır. Məsələn, zəruri mikroelementlərin çatışmazlığına səbəb olan yorucu bir pəhriz və ya orqanizmə təsir edən digər təcrübələr bu təsirə səbəb ola bilir.

Qış soyuğu, şaxta da qan damarları üçün stres hesab olunur. Beləliklə, soyuq havalarda papaq qoymayan, başını bağlamayanların saçı vaxtından qabaq çallaşa bilər.

Mütəxəssis beyin damarlarının və ya boyun zonasının həyat tərzi və ya genetika ilə əlaqəli olmayan, həm də saçların ağ görünüşünə səbəb olan müxtəlif patologiyalarının olduğunu da deyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3441
avatar

Oxşar yazılar