Respirator virus infeksiyalarına ilin hansı mövsümündə daha çox rast gəlinir? - CAVAB
26 dekabr 2023 13:47 (UTC +04:00)

Respirator virus infeksiyalarına ilin hansı mövsümündə daha çox rast gəlinir? - CAVAB

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti mövzusu kəskin respirator viruslarla bağlıdır.

Kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir.

Maraqlıdır, bu xəstəliklərə ilin hansı mövsümündə daha çox rast gəlinir?

Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya Institutunun həkim-infeksionisti Günay Əliyeva danışıb.

Onun sözlərinə görə, kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir:

Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və 6 aya qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilər".

# 2682
avatar

Fidan İlqar

Oxşar yazılar