Yumurtanı  qaynatmazdan əvvəl   bunu etməlisiniz
23 aprel 2024 09:35 (UTC +04:00)

Yumurtanı qaynatmazdan əvvəl bunu etməlisiniz

Bir çoxumuz yumurta qaynayıb bişdikdən sonra çətin təmizlənən qabıq problemi ilə qarşılaşırıq.

Lent.az xəbər verir ki, tanınmış aşpaz Anatoli Dobrovolski bu problem barədə danışıb. 

Onun sözlərinə görə, yumurtadakı kiçik bir dəlik bu problemi həll edə bilər.

Mütəxəssisin fikrincə, qaynamazdan əvvəl yumurtada qaşıqla kiçik bir çat əmələ gətirməyin əhəmiyyətli faydası var.

Qaynayan zaman yumurtada buxar əmələ gəlir. Bu da qabığın ağa yapışmasının qarşısını alır. Beləliklə, yumurta qaynadıqdan sonra qabığı asanlıqla soyulur, qabıq problemsiz çıxır və ağı hamar qalır.

Unutmayın ki, bu üsul üçün otaq temperaturunda olan yumurtalardan istifadə etmək tövsiyə olunur. Buna görə yumurta əvvəlcədən soyuducudan çıxarılmalıdır. Əks halda bu metodun effektivliyi azalır. 

Qeyd edək ki, yumurtanı əsasən küt tərəfdən deşməlisiniz ki, bişirmə prosesində su içəri girsin.

# 28905
avatar

Sevinc Fərid

Oxşar yazılar