Finlandiyalı mütəxəssislər qrupu psixi pozuntularla insanın iqtisadi vəziyyəti arasında əlaqənin olduğunu açıqlayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmaya görə, yoxsul əhaliyə psixi xəstəlik diaqnozu qoyulma riski daha çoxdur.
Prosesdə müəlliflər 1966-1986-cı illər arasında anadan olmuş 1,2 milyondan çox insanın məlumatlarını araşdırıblar. İştirakçılar 1996-2017-ci illər arasında izlənilib, bu müddət ərzində subyektlərin dörddə birindən bir qədər çoxuna (26,1 faiz, 331 657 nəfər) psixi pozğunluq diaqnozu qoyulub.
Ən güclü korrelyasiya maddə asılılığı və ya şizofreniya spektri pozğunluqları üçün müşahidə edilib. Eyni zamanda, işi olan, lakin sonradan onu itirən insanlarda psixi pozğunluğun sonradan diaqnoz qoyulma ehtimalı iki dəfə çox olub.
Araşdırma sosial-iqtisadi vəziyyət və psixi pozğunluqların tezliyi arasındakı əlaqəyə diqqət yetirən əvvəlki tədqiqatlarla uyğun olub.