Bədəndəki piylərin əriməsini istəyirsinizsə, pəhriz siyahısına bəzi ədviyyatlar əlavə etməlisiniz.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bağırsaqları işlədən, maddələr mübadiləsini sürətləndirən bu ədviyyatlar arıqlama prosesini sürətləndirir. Arıqlamağınızı asanlaşdıran bir çox qida var.
Ədviyyatlar da tərkibindəki qida maddələri sayəsində arıqlama sürətinizi artırır. Bəzi ədviyyatlar aclıq böhranının qarşısını alır. Ədviyyatlar bu xüsusiyyətləri ilə bədənə çox faydalıdır.
Pul bibər
Pul bibəri yavaşlayan maddələr mübadiləsini aktivləşdirdiyindən həzm sisteminin nizamlı işləməsinə də kömək edir. Bağırsaq hərəkətlərini tənzimləyir, qəbizlik problemini aradan qaldırır.
Sarıkök
Bir xörək qaşığı sarıkökdə təxminən 7 qram və orta hesabla 23,9 kalori var. Tərkibindəki qida maddəsi sayəsində sarıkök bədəndəki piylərin əriməsini asanlaşdırır. Aclığın qarşısını alaraq kalori qəbulunu məhdudlaşdırır.
Sarıkök müntəzəm istehlak edildikdə, bağırsaq hərəkətlərini tənzimləyir və həzmi asanlaşdırır. Sağlam arıqlamaq üçün pəhriz siyahısına sarıkök əlavə edə bilərsiniz.
Darçın
Darçın bədəndəki piylərin asanlıqla əriməsinə kömək edir. Darçın hüceyrələrdə qlükozanın hərəkətinə kömək edir.
Qara istiot
Qara istiot yeməklərə dad qatan ən çox istifadə edilən ədviyyatlardan biridir. Qara istiot arıqlamağa kömək edir. 1 xörək qaşığı qara bibər 6 qramdır və orta hesabla 15,9 kalori ehtiva edir.