Payızda depresiyaya düşməmək üçün bir neçə QAYDA
03 sentyabr 2022 08:20 (UTC +04:00)

Payızda depresiyaya düşməmək üçün bir neçə QAYDA

Həkimlər payız fəslinin gəlişi ilə depresiyadan qurtulmağın yollarını deyib.

Lent.az “İzvestiya”ya istinadən xəbər verir ki, həkim-ekspert, tibb elmləri namizədi Yekaterina Kaşux iqlimin təsirini minimuma endirməyin yollarını danışıb.

O qeyd edib ki, indi ən çətini dənizdən qayıdan insanlardır. 

Onlar ikiqat stress yaşayırlar.

Həkimin sözlərinə görə, xroniki xəstəlikləri olmayan insanlar bir həftədən iki həftəyə qədər yeni fəslə uyğunlaşır. 

Sadəcə  bir neçə qaydaya əməl edilməlidir.

Hər şeydən əvvəl, həddindən artıq işləməmək və yeddi-səkkiz saat yatmaq vacibdir. 

Bundan əlavə, isti geyinmək, qəhvədən sui-istifadə etməmək və spirt içməmək lazımdır.

Həkim xəbərdarlıq edib ki, hazırda yorğunluq və zəiflik COVID-19-un əlamətləri ola bilər və vəziyyət pisləşərsə, həkimə müraciət etmək və koronavirus testindən keçmək lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1764
avatar

Oxşar yazılar