Orqanizmdə qurdların olduğunu  başa düşməyin yolu
27 may 2024 14:19 (UTC +04:00)

Orqanizmdə qurdların olduğunu başa düşməyin yolu

Bir çox insan bədəndə qurdların varlığından şikayətçidirlər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bunu öyrənməyin çox sadə yolu var. 

Həkimlərin sözlərinə görə, bütün parazitar infeksiyaların simptomları oxşardır. Bədəndə qurd varsa, ilk növbədə həzm problemi yaranır - şişkinlik, qaz, ürək bulanması, qarın ağrısı, həmçinin qəbizlik və ya ishal. 

Belə olan halda anusda şiddətli qaşınma da yaranır. O, digər əlamətlər kimi kəskin çəki dalğalanmalarını və xroniki yorğunluğu, yuxu problemlərini və tez-tez əhval dəyişikliyini də qeyd edib. Üstəlik, parazitar infeksiyaları olan xəstələrdə tez-tez qeyri-bərabər iştaha və müəyyən qidalara qarşı həddindən artıq istək olur.

Əgər qaraciyər bundan təsirlənirsə, o zaman dərinin saralması və sağ tərəfdə ağrı ehtimalı yaranır. Əgər parazitlər ürək-damar sistemindədirsə, aritmiya və nəfəs darlığı mümkündür.

Mütəxəssis xatırladıb ki, çirklənmiş su, yuyulmamış meyvə, tərəvəz, çiy ət və ya balıq vasitəsilə parazitlərə yoluxa bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2697
avatar

Sevinc Fərid

Oxşar yazılar