Ölümcül xəstəliyin   dərmanı tapıldı
05 mart 2022 22:47 (UTC +04:00)

Ölümcül xəstəliyin dərmanı tapıldı

ABŞ alimləri ölümcül xərçəng xəstəliyinin təkrarlanmaması üçün yeni müalicə növü tapıblar. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, Sinsinnati Universitetində aparılan tədqiqatlar zamanı məlum olub ki, immunoterapiyada pembrolizumab dərmanının istifadəsi ən yaxşı vasitədir. 

Pembrolizumabın terapiyada tətbiqi xərçəng xəstələrinin 20 faizində müsbət irəliləyişlərin olduğunu göstərib. 

Kemoterapi, cərrahiyyə və digər üsulları əhatə edən əvvəlki müalicələrlə xərçəngin geri qayıtma riski təxminən 30-50 faiz təşkil edirdi. Yeni dərman ilə isə bu təkrarlanmanın qarşısının alınacağı güman edilir. 

Tədqiqatın tam nəticələri tezliklə  “Clinical Cancer Research” jurnalında təsvir ediləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3810
avatar

Sevinc Fərid

Oxşar yazılar