İnsanlar həyatları boyu azı bir dəfə də olsun mənəvi boşluğa düşürlər. Ümidsizlik, kədər, ağlamaq istəyi, əvvəllər zövq alınan şeylərə qarşı həvəsinin itməsi, yuxu rejiminin pozulması, iştahanın dəyişməsi və s. kimi xarakterik xüsusiyyətlər hər birimizin başına gəlib. Belə hallarla qarşılaşan zaman tez “depressiyadayıq” ifadəsini işlədirik. Ancaq hər ruh düşkünlüyü depressiya demək deyil. Sadaladığımız əlamətlər hər gün və azı 2 həftə ərzində davam edirsə, bu zaman məsələyə ciddi yanaşmaq lazımdır.
Qadınlarda depressiya kişilərlə müqayisədə daha çox rast gəlinir. Bunun əsas səbəbi kişilərin xarakterik xüsusiyyətləri, alkoqol qəbulu, müəyyən hallarda emosiyalarını şiddətlə ifadə edə bilməsi və qadınların isə bu sadalananları edə bilməməsi, eyni stressə daha aydın reaksiya verməsi ilə əlaqələndirilir. Bunlarla yanaşı, qadının cəmiyyətdəki rolu da bu fərqi yaradan amillər arasındadır. Həmçinin qadınlarda hamiləlik, doğuş, menstruasiya kimi proseslər onların həm bioloji, həm də psixoloji depressiyaya meylli olduğunu göstərir.
Bəzi qadınlar depressiyada olanda özlərini təmizliyə verir, bəziləri isə özünü mətbəxdə tapır. Onlar müxtəlif növ yeməklər, şirniyyatlar bişirməklə bir qədər də olsa vəziyyətdən çıxmağa çalışırlar. Bundan əlavə, idman və sağlam qidalanma yüngül depressiyaya qalib gəlmək üçün əsas vasitələrdən biridir. Xüsusilə sağlam qidalanma bir çox psixoloji problemə qarşı müqavimətinizi artırır və özünüzü daha yaxşı hiss etməyə kömək edir.
Bəs, depressiya qarşı yaxşı təsir edən qidalar hansılardır?
Lent.az bu qidaları təqdim edir:
Banan;
Qırmızı ət;
Düyü;
İspanaq;
Göbələk;
Qoz-fındıq;
Şokolad;
Göyərti;
Albalı;
Yaşıl çay.