Miqrendən qurtulmağın 4 ÜSULU
22 sentyabr 2021 07:11 (UTC +04:00)

Miqrendən qurtulmağın 4 ÜSULU

Başağrısı insanların ən çox şikayət etdiyi ağrılardandı. Bu qism insanların nisbəti cəmiyyətdə yüzdə 90-a çatır. Başağrısının yüzdə 90-ı miqren və gərginlikdən yaranır. Miqren müalicəsi mümkün olan nevroloji xəstəlikdir. Bu xəstəliyə kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, miqrenlə mübarizədə 4 üsul yardımçı ola bilər: 

Bitki çayı

Başağrısı üçün ən təsirli reseptlərdən biri düzgün toplanan bitki çayının istifadə edilməsidir. Çayda nanə, ivan çayı, limon balzamı, "ana və ögey ana" kimi sakitləşdirici otlar olmalıdır. Apteklərdə qan təzyiqini tez bir zamanda normallaşdıra biləcək effektiv ot tərkibli çaylar satırlır. Bu çaylar, həmçinin, psixikaya da sakitləşdirici təsir edir, habelə bədəni təmizləyir. Demək olar ki, istənilən bitki tərkibli otlar kifayət qədər effektiv şəkildə başağrısını azaltmağa qadirdir. 2 fincan bitki dəmləməsi bal və limon ilə qəbul edilsə, qisa müddət ərzində baş ağrılarınızın itməsinin və uzun müddətli profilaktik olaraq orqanizminizdə ağrının olmamasının şahidi olacaqsınız.

Masaj

Baş masajına 15-20 dəqiqə sərf etməklə tamamilə ağrıların çəkilməsini hiss edəcəksiniz. 3-5 dəqiqə yüngül tempdə ağrılı bölgəni masaj edin, hərəkərlətin intensivliyini və təzyiq gücünü yavaş-yavaş artırın, 2-3 dəqiqə bu şəkildə masajı davam edin, sonra yavaş-yavaş əl sürətini və gücünü azaldın, əlavə 4-5 dəqiqə masaj edin. Profilaktik uzunmüddətli təsir üçün, masajda yağ istifadə etmək məsləhətdir.

Yağlar

Yağ kompresləri dərhal başağrısını götürür. Sinir uçlarında hərəkət etdikləri üçün, bitki mənşəli təsirə bənzəyir. Yağ  dərhal baş ağrısını rahatlaşdırır. Efir yağı tərkibli yağlar isə qıcıqlanmanı və soyuqlamanı götürür.

Yovşan 

Əla mikrostimulyator olub insan orqanizminə müxtəlif ağrıkəsici təsir göstərə malikdir, qan dövranını və damarları genişləndirir, təzyiq və ürək ritmini normallaşdırır. Gicgah və alın nahiyəsinə  aid, habelə baş ağrılarının aradan qaldırılması üçün səmərəli və tez, ağrı mərkəzinə birbaşa təsir göstərir. Yeməkdən əvvəl 1 xörək qaşığı yovşan suyu içmək tövsiyə olunur ki, başağrını aradan götürsün.

# 2409
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

Sürətli arıqlamaq üçün iki sağlam inqrediyentdən hazırlanan YAĞ YANDIRICI İÇKİ

18 may 2024 , 13:30
yağ

Bu yağlar qanda laxtalanma riskini artırır

18 may 2024 , 10:12
Elektron siqaret çəkmək  hansı xəstəliklərə   səbəb olur?

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

17 may 2024 , 19:17
Banan yeməyin  faydaları və zərərləri

Banan yeməyin faydaları və zərərləri

17 may 2024 , 16:42
Qaraciyəri  təmizləyən   qidaların SİYAHISI

Qaraciyəri təmizləyən qidaların SİYAHISI

17 may 2024 , 15:47
Şəkərli diabet

Bu vərdiş diabet riskini azaldır

17 may 2024 , 11:36
Qarın piylərindən  qurtulmağın yolu

Qarın piylərindən qurtulmağın yolu

17 may 2024 , 11:14
yuxusuzluq

Niyə yuxuya ehtiyacımız var? - Alimlər AÇIQLADI

17 may 2024 , 10:30