Alimlər koronavirusun mənbəyini porsuqların ola biləcəyini də güman edirlər.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər epidemiyanın başlanmasından sonrakı ilk həftələrdə bazarda və ətrafından götürülmüş genetik nümunələri araşdırıblar.
O vaxta qədər heyvanlar artıq bazardan çıxarılıb, lakin tədqiqatçılar tez-tez divarlardan, döşəmələrdən, metal qəfəslərdən və heyvanların daşınması üçün istifadə olunan arabalardan nümunələr götürüblər.
Nəticələrə görə, virusun porsuqlardan yarandığı ehtimal olunur.
Qeyd edək ki, bu, porsuqların koronavirusun mənbəyi olması demək deyil.