Koronavirusun  bütün variantlarına   qarşı dərman hazırlandı
21 fevral 2023 15:29 (UTC +04:00)

Koronavirusun bütün variantlarına qarşı dərman hazırlandı

Koronavirusun bütün ştamlarına qarşı dərman hazırlanıb. 

Lent.az xəbər verir ki, bu barədə “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunan məqalədə deyilir.

Məlumata görə, Stenford, Kaliforniya universitetləri və Harvard Tibb Məktəbinin alimləri ana hüceyrənin SARS-CoV-2-yə yoluxmasının qarşısını alan sünbül zülalının (S-proteini) bir hissəsi əsasında molekul yaradıb. 

Hüceyrənin virusdan qorunması üçün viral sünbül S zülalı hüceyrə reseptoru ACE2 ilə bağlanmalıdır.  Müxtəlif siniflərə aid olan yeni antiviral dərmanlar bu bağlanmaya maneə törədir, infeksiyanın yayılmasının qarşısını alır.

Bu baxımdan “longHR2_42” adlı yeni inhibitor Omicron variantları da daxil olmaqla SARS-CoV-2-nin müxtəlif ştamlarına qarşı təsirli nəticə göstərir. 

Alimlər hazırda inhibitoru SARS-CoV-2-yə yoluxmuş siçanlar üzərində sınaqdan keçirirlər. Nəticələr əldə olunduqdan sonra tezliklə ictimaiyyətlə bölüşüləcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1845
avatar

Sevinc Fərid

Oxşar yazılar