Fevralın 27-nə olan məlumata görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 515 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 245 nəfər müalicə olunaraq sağalıb, 10 118 nəfər vəfat edib, aktiv xəstə sayı 152 nəfərdir.
Ölkədə son sutka ərzində 562, hazırkı dövrədək isə 7 522 740 test aparılıb.