Koronavirusdan sağalmağı sürətləndirən QİDALAR
29 sentyabr 2023 13:40 (UTC +04:00)

Koronavirusdan sağalmağı sürətləndirən QİDALAR

COVİD-19-dan əziyyət çəkən xəstələrə bitki qidaları yeməyi tövsiyə edilir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Rimma Moisenko danışıb. 

O, bitki qidaları və giləmeyvənin xüsusilə faydalı olduğunu deyib. Həkimin sözlərinə görə, onlar xəstəlikdən daha tez sağalmağınıza kömək edəcək və immunitet sisteminizi dəstəkləyəcək. Həkim qeyd edir ki, giləmeyvə çox miqdarda C vitamini və digər antioksidantlardan ibarətdir.

Poliprenollar və polifenollar kimi antioksidanlar xəstəlikdən sonra xüsusilə faydalıdır. Onlar, məsələn, aronia, qara və qırmızı qarağat və moruqda olur. Giləmeyvə həmçinin qan damarlarımız, ürəyimiz, oynaqlarımız, dərimiz və həzm sistemimiz üçün lazım olan qidaları daşıyır. Pəhriz lifi, askorbin və fol turşuları kimi vitaminlər, E vitamini, bioflavonoidlər, kalium, silisium kimi minerallar - bütün bu maddələr giləmeyvə tərkibindədir.

Onların sayəsində bədən lif, vitamin B9, fol turşusu və əlavə antioksidanlar alır. Bütün bunlar həm də koronavirus xəstəliyindən sonra reabilitasiyanı sürətləndirir.

# 2085
avatar

Fidan İlqar

Oxşar yazılar