Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 828 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 281 nəfər müalicə olunaraq sağalıb, 10 119 nəfər vəfat edib, aktiv xəstə sayı 148 nəfərdir.
Ölkədə son sutka ərzində 2 110, hazırkı dövrədək isə 7 524 850 test aparılıb.