Belarus Səhiyyə Nazirliyi COVID-19-u əhali üçün təhlükə yaradan xəstəliklər siyahısından çıxarıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Milli Hüquqi İnternet Portalında COVID-siz yenilənmiş siyahı dərc edilib.
Koronavirus siyahıya 18 fevral 2020-ci ildə daxil olub. Onunla yanaşı, sifilis və qonoreya da yeni siyahıdan itib.
Təhlükəli xəstəliklər siyahısına hələ də vərəm, taun, vəba, ebola, qarayara və s. daxildir.
Daha əvvəl Belarus Səhiyyə Nazirliyi ölkə vətəndaşlarının 70 faizdən çoxunun koronavirusa qarşı peyvəndin tam kursunu keçdiyini bildirmişdi.