Koronavirus peyvəndi vurdurmayan həkimlər  işdən qovulur
23 iyun 2021 10:34 (UTC +04:00)

Koronavirus peyvəndi vurdurmayan həkimlər işdən qovulur

İtaliyada koronavirus infeksiyasına qarşı peyvəndlənməyən tibb işçiləri vəzifələrindən kənarlaşdırılacaqlar.

Lent.az xarici mediaya istinadla bildirir ki, bu qərar ölkədə keçən ilin sonunda başlayan kütləvi peyvənd fonunda qəbul edilib. Məlumdur ki, həkimlərin də peyvəndlənməsi tələb olunurdu.

Həkimlərin məcburi peyvənd edilməsi barədə qərarı İtaliya Nazirlər Şurası aprelin 1-də qəbul edib.

Fərman, müəssisənin mülkiyyətindən asılı olmayaraq, İtaliya səhiyyə işçilərinin ümumi peyvəndlənməsini nəzərdə tutur.

Peyvəndi hətta aptek işçiləri də etdirməlidirlər. 

Qanunvericilik aktı, proqramda iştirakdan imtina edənlərə təsir tədbirlərini də nəzərdə tutur.

Qəbul edilən qərara görə, səhiyyə işçiləri peyvənddən imtina etdikləri təqdirdə həmkarları və xəstələrlə təmasları istisna edən başqa bir vəzifəyə keçməli olacaqlar. Ancaq yalnız müvafiq bir vakansiya olduqda. Əks təqdirdə, peyvənd olunmamış səhiyyə işçiləri əmək haqları saxlanılmamaq şərtilə vəzifələrinin yerinə yetirilməsindən uzaqlaşdırılacaqlar.

Bu qərar 2021-ci ilin axırına qədər qüvvədə olacaq.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2553
avatar

Oxşar yazılar