Kivinin heyrətləndirən FAYDALARI  - arıqlamaq, toxluq, tənəffüs xəstəlikləri...
31 oktyabr 2022 09:39 (UTC +04:00)

Kivinin heyrətləndirən FAYDALARI - arıqlamaq, toxluq, tənəffüs xəstəlikləri...

C vitamini ilə zəngin olan kivi soyuq havalarda immunitet sistemini gücləndirən meyvələrdəndir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, soyuq havalarda xüsusilə C vitamini yüksək olan qidaları istehlak edilməlidir

Kivinin qış aylarında istehlak üçün ideal bir meyvə olduğunu söylənilir. C vitamini və antioksidanların yüksək olması səbəbindən astma xəstələrində nəfəs darlığı və tənəffüs xəstəliklərinin azalmasına da kömək edir.

Kivinin tərkibində bədənin sağlamlığı üçün vacib olan vitamin və minerallar var. Xüsusilə lif, C vitamini, folat, mis, kalium, antioksidanlar, E vitamini və K vitamini daxil olmaqla bir sıra qida ehtiva edir. Həmçinin qan laxtalanmasının qarşısını alaraq qan təzyiqinin aşağı düşməsinə kömək edir. 

Zəngin lif tərkibi sayəsində bağırsağın düzgün işləməsinə kömək edir, həzm sistemini tənzimləyir və beləliklə qəbizliyin qarşısını alır. Kivi lifli quruluşuna görə toxluq saxlamaq qabiliyyətinə malikdir.

Kivinin tərkibindəki E və C vitaminləri sayəsində dəri sağlamlığı üçün də faydalı bilinir. Bu, dərinin pisləşməsinin qarşısını alır və dəriyə parlaqlıq verir. Bədəndə kollagen istehsalını da təşviq edir və dəri xəstəlikləri üçün faydalıdır. Kivi göz sağlamlığı üçün çox yaxşı bir meyvədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Arzu Qurbanlı

Oxşar yazılar