Kişilərdə cinsi əlaqənin orta müddəti 5-7 dəqiqədir və bu daha az da davam edə bilər.
Lent.az "Gazeta.ru" ya istinadən xəbəer verir ki, bu barədə Novosibirskdəki “Medscan” Şirkətlər Qrupunun “Medscan” klinikasının uroloqu Yevgeni Korotkov məlumat verib.
Onun sözlərinə görə, bu müddət normadır.
Çünki burada hər şey bədənin fərdi xüsusiyyətlərindən asılıdır.
Beləliklə, əgər cinsi fəaliyyətin başlanğıcından bir kişidə boşalma tez baş verirsə - 2-3 dəqiqədən sonra, deməli bu, patoloji deyil.
Boşalma vaxtından əvvəl olubsa, həkimə müraciət etmək lazımdır.
“Ümumiyyətlə qəbul edilmiş anlayışlara görə, erkən boşalma cinsiyyət orqanının vajinaya daxil olmasından sonra 1-3 dəqiqə ərzində baş verirsə bu anadangəlmə və ya sonradan qazanılmış hal sayılır. Bir məqamı nəzərə almaq vacibdir: problem davamlıdırsa, yəni daim və ya demək olar ki, hər cinsi əlaqədə baş verirsə, patologiya hesab olunur "deyə uroloq izah etdi.