KEŞNİŞ  YEYİN: Bitməyən faydaları...
16 dekabr 2021 19:55 (UTC +04:00)

KEŞNİŞ YEYİN: Bitməyən faydaları...

Keşniş ən faydalı göyərtilərdən biri sayılır. Bu bitkinin ürək sağlamlığı üçün saysız-hesabsız əhəmiyyəti  var.  Keşniş qan təzyiqini nizamlayır və xolesterinin səviyyəsini aşağı salır. Xolesterinin damarların divarlarında yığılmasının qarşısını alır. 

Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu göyərti həmçinin şəkər xəstəliyi olan insanlar üçün də xeyirlidir. O qanda olan şəkərin miqdarını azaldır. 

Keşniş toxumu yağları əridən ən təsirli ədviyyatlardan biri sayılır. Salatlara, qatığa, şorbalara keşniş toxumu əlavə edin. 1 stəkan isti suya 1 çay qaşığı keşniş toxumu qatıb için. Bu artıq çəkilərdən xilas olmağa kömək edəcək. 

Bu bitkinin çox güclü antiseptik, iltihab və mikrob əleyhinə  xüsusiyyətləri var. Keşniş iştahı olmayan insanlar üçün də tövsiyə olunur. 

Bunu da qeyd edək ki, əgər yeməkdən dərhal sonra mədəniz şişirsə yeməyinizi keşnişlə yeyin. Keşniş həm də əsəbləri sakitləşdirir. Çox stresli və əsəbi insanların keşnişdən bolluca istifadə etməsi məsləhətlidir. 

Axşamlar rahat yatmaq istəyirsinizsə, çoxlu keşniş yeyin. Çünki keşnişin tərkibində maqnezium və B vitamini var. Bu da təbii sakitləşdirici kimi təsir göstərir. Bədəni və düşüncələri sakitləşdirir, stresi azaldır. 

Bunlarla yanaşı, keşniş ürəkbulanmanı da aradan qaldırır. Tərkibində olan bioloji aktiv maddələr sayəsində o, mədə pozulmasının qarşısını alır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4770
avatar

Sevinc Fərid

Oxşar yazılar