İlbizlərdə olan yara sağaldıcı YAPIŞQAN TAPILIB
06 fevral 2023 19:34 (UTC +04:00)

İlbizlərdə olan yara sağaldıcı YAPIŞQAN TAPILIB

Çin Elmlər Akademiyasının Kunminq Botanika İnstitutunun (KIB) alimləri ilbizlərin ifrazatından yaraları sağaltmaq üçün istifadə oluna bilən təbii bioloji yapışqan kəşf ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar müəyyən ediblər ki, ilbizlərdə olan təbii biomaterial (d-SMG) 30-50 faiz zülaldır və tərkibində 10-16 faiz sulfatlaşdırılmış qlikozaminoqlikan (GAG) var.

D-SMG-nin tərkibi lifli zülallardan və polisaxaridlərdən ibarət olan və hüceyrə böyüməsi üçün mexaniki dəstək verən, onların davranışını tənzimləyən hüceyrədənkənar matrisin (ECM) tərkibinə bənzəyir.

Təcrübələrdə d-SMG yaş toxumalarda klinik fibrin yapışqanından daha effektiv yapışma göstərdi. Təbii GAG zülal geli toxuma bərpasını təşviq edən iltihabı azaldılmış nəm toxuma mikromühitini təmin etdi. Canlı orqanizmlərdə təqiqat göstərdi ki, d-SMG həm normal, həm də diabetik siçovullarda dəri yaralarının sağalmasına kömək edir. Yarada angiogenezi, qranulyasiya toxumasının neogenezini, kollagen çöküntüsünü və epidermal regenerasiyanı yaxşılaşdırdı.

Bundan əlavə, d-SMG-də heparinəbənzər GAG-ların yüksək tərkibi var ki, bu da iltihablı sitokinləri (TNF-α, IL-6, IL-8 və IP-10) bağlaya bilir.

Alimlərin fikrincə, tədqiqatın nəticələri yaraların sağalması üçün bioaktiv sarğı və biomühəndislik iskelelərinin hazırlanması üçün nəzəri və maddi əsas yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Fidan İlqar

Oxşar yazılar