Havanın soyuması koronavirusa yoluxmanı artıracaq? – İNFEKSİONİSTDƏN CAVAB
17 noyabr 2022 09:36 (UTC +04:00)

Havanın soyuması koronavirusa yoluxmanı artıracaq? – İNFEKSİONİSTDƏN CAVAB

Son günlərdə havanın kəskin şəkildə dəyişməsi insanların təşvişə düşməsinə səbəb olub. Belə ki, insanlar havanın soyumasının koronavirusa yoluxma sayının artmasından narahatdırlar.

Görəsən havanın kəskin şəkildə soyuması koronavirusa yoluxma sayınıın artmasına səbəb olar bilərmi?

Koronavirusa yoluxmamaq üçün nə etməliyik?

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazova müraciət edib.

Təyyar Eyvazov bildirib ki, soyuq havalarda o cümlədən koronavirus infeksiyasına da yoluxma sayı arta bilər:

“Lakin kollektiv immunitet bunu əngəlləyən səbəbdir. İstər koronavirusa, istərsə də digər fəsli respirator virus infeksiyalarına yoluxmanın daha az baş verməsi üçün insanlar universal qorunma tədbirlərinə (maskanın geyilməsi, məsafənin gözlənilməsi və s.) mümkün qədər riayət etməli, vaksinasiya prosesini tamamlamalı, vitamin və minerallarla zəngin qidalar qəbul etməli, evdən bayıra çıxdıqda havanın temperaturuna uyğun geyinməli, hipodinamiya, stresslə mübarizə aparmalı, zərərli adətlərdən imtina edərək sağlam həyat tərzini seçməlidir”. 

İnfeksionistin fikirlərinə görə, xroniki xəstəliyi olan şəxslər isə bundan başqa həkimə müraciət edib xəstəliklərin fəsillə əlaqədar kəskinləşməsi baş verdikdə müvafiq müalicə almalıdırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2994
avatar

Arzu Qurbanlı

Oxşar yazılar